Bakıda xarici vətəndaş dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda baş verib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri həmin şəxsi sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.