Bakıda döyülmə hadisəsi baş verib.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda, İkinci Mədən küçəsi, ev 55-də baş verib.
Qəsəbə sakini, 44 yaşlı Çingiz Hacəliyev yaşadığı mənzildə evinə qonaq gələn tanışı ilə dava edib. Dava zamanı o, xəsarət alıb.
Fakt Suraxanı Rayon Polis İdarəsində araşdırılır.