Pakistanın Kvetta şəhərində bazarda partlayış törədilib, nəticədə 15 nəfər ölüb, 40 nəfər xəsarət alıb. 

Unikal.org "Reutersə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN-in Belucistan əyaləti üzrə nümayəndəsi Sarfraj Buqqi deyib.   Məlumata görə, partlayış motosikletlə hərəkət edən terrorçu-kamikadze tərəfindən törədilib. 

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.