Hindistanın Carkxand ştatında 15 nəfəri tapdayaraq öldürən aqressiv fil güllələnərək öldürülüb.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, 20-25 yaşlı erkək fil mart ayından indiyə qədər Carkxand ştatında 11 nəfəri, qonşu Bihar ştatında isə 4 nəfəri öldürüb.
Yerli əhali çoxdan bu filin öldürülməsini tələb etsə də, ətraf mühitin qorunması ilə bağlı qanunvericilik məsələnin tez həllini mümkünsüz edib. Qanuna əsasən vəhşi heyvanların ovu qadağandır, aqressiv heyvanların məhv edilməsi üçün isə xüsusi icazə tələb edilir. Filin insanlara hücumunun dayanması hakimiyyəti belə bir qərar qəbul etməyə məcbur edib.
Qeyd edək ki, müxtəlif hesablamalara əsasən Hindistanda 30 min fil var. Ancaq kəndlərin və əkin sahələrinin meşələrə doğru yayılması ilə fillərin qidalandığı areal tədricən azalır və bu böyük heyvanlar bəzən kəndlilərə hücum etməyə başlayır.