Çində "Bu necə ana" dedirdən bir hadisə yaşanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ana, körpəsini poçt vasitəsilə (kurye) kimsəsizlər evinə göndərib.
Çinin Fuzhou Jin bölgəsində içində körpənin olduğu çantanı yetimxanaya aparan poçt işçisi çantanın içindən ağlama səsi gəldiyini eşidəndə çantanı açdı və körpə qızı tərdən islanmış vəziyyətdə tapdı.
Poçtalyon və ətrafdakılar təcili yardım gələnə qədər körpəyə su və yemək verib. Xəstəxanaya aparılan uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.
Polisin axtarışı ilə körpənin 24 yaşındakı anası tapılıb. Nəzarətə alınan ana sorğusunun ardından məhkəmə tərəfindən həbs olundu.