Bakıda daha yeddi nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində günün ayri-ayri vaxtlarında dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər, Xəzər rayonunda isə dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas ediliblər.