Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 21:25-ə olan məlumata görə, "Brent markalı neftin oktyabr fyuçersinin 1 barrelinin qiyməti 50,97 dollara satılıb.
Bu göstərici bazar ertəsi səhər qeydə alınmış qiymətdən 1,13 dollar, yaxud 2,17% aşağıdır.