Türkiyə 2019-cu ilin sonunadək ölkədəki köhnə su elektrik stansiyalarını (SES) modernləşdirəcək.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Nerat Albayrak deyib.
Nazir qeyd edib ki, hazırda ölkədə dövlət və özəl sektora aid SES-lər mövcuddur.
O əlavbə edib ki, Türkiyədə bütün su elektrik stansiyaları ətraf mühitin mühafizəsi üzrə tələblərə cavab verməlidir: "Bununla əlaqədar fəaliyyətdə olan bütün SES-lərin modernləşdirilməsi aparılacaq".
Xatırladaq ki, Türkiyədə ilk SES 1902-ci ildə Mersin vilayətinin Tartus şəhərində tikilib. Hazırda ölkədə 600 su elektrik stansiyası fəaliyyət göstərir.