Ata qızına təcavüz edən 17 yaşlı gənci öldürüb.
Unikal.org bildirir ki, hadisə Adanada qeydə alınıb. Əmrah.B təcavüzkarın başına atəş açaraq qətlə yetirib. O, Türkiyə polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Törətdiyi cinayətdən peşiman olmadığını deyən ata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib:
"Namusum üçün etdim. Namusumuzu yerdənmi tapdıq? O, qızıma təcavüz etdi. Mən bu cinayəti başqa balalar zərər çəkməsin deyə etdim. Prezident Ərdoğana yalvarıram, təcavüzkarlarla bağlı cəzalar sərtləşdirilsin. Biricik qızımı məndən aldılar. Bu hər kəsin başına gələ bilər. Belələrinin fotoları asılsın, ifşa edilsinlər"-deyə o bildirib.