"WhatsApp" mesajlaşma tətbiqi istifadəçilərinin bir-birinə pul göndərməsi üçün yeni funksiyanın yaxın aylarda istifadəyə veriləcəyi açıqlanıb.
Unikl.org-un məlumatına görə, bu barədə Facebook şirkəti xüsusi açıqlama yayıb.
Məlumata görə, yeni funksiyanın adı "WhatsApp Payments" olacaq.
Bu funskiya vasitəsilə istifadəçilər, birbaşa messencerin köməkliyi ilə pul göndərə və ya əldə edə biləcəklər. Pul köçürmələri isə UPI adlı ümumi bank ödəniş sistemi vasitəsilə reallaşdırılacaq.