Hindistanda bu ilin əvvəlindən "donuz qripi"ndən həlak olanların sayı 600 nəfəri keçib.
Unikal.org xəbər verir ki, təkcə Maharaştra ştatında 284, Qucarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub.
Ümumilikdə Qucarat ştatında 2000-dən çox yoluxma halı qeydə alınıb.
Bundan başqa, Kerala ştatında 63, Racasthan ştatında isə 59 nəfər "donuz qripi"ndən həlak olub.