Unikal.org-un report-a istinadən məlumatına görə, bu barədə "El Periodico" nəşri mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatında qeyd olunur ki, saxlanılan şəxsin adı Driss Oukabirdir. O, avtomobili icarəyə götürərək Rambla küçəsində piyadaları vurub.
Mətbuat onun "facebook" səhifəsinə əsasən Driss Oukabirin əslən Fransanın Marsel şəhərindən olduğunu açıqlayıb. O, Fiqeras şəhərindəki həbsxanada cəza çəkib və 2012-ci ildə azadlığa çıxıb.
"La Vanguardia" isə
terror aktı törədənlərdən birinin Barselonanın mərkəzində baş vermiş
atışmada öldürüldüyünü xəbər verib. "Hücumda şübhəli bilinənlərdən biri
San-Just-Desverndəki atışmada öldürülüb", - deyə nəşrin məlumatında
bildirilir.