Rusiyanın "Life telekanalı yayımını dayandırıb.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, bunu "News Media holdinqinin direktoru Aram Qabrelyanov bildirib.
Onun sözlərinə görə, bundan sonra kanalı sosial şəbəkədə və saytda izləmək mümkün olacaq.
Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.
Qeyd edək ki, bu telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altında saxlanılan Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə yadda qalıb.