Avstriyanın Sankt-Yohan-am-Valde kommunasında keçirilən ənənəvi musiqi və pivə festivalında çadırın uçması nəticəsində 2 nəfər ölüb, 120 nəfər yaralanıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Yuxarı Avstriya federal torpağının polis idarəsindən bildiriblər.
Son məlumatlara görə, yaralılardan 20-sinin vəziyyəti ağırdır. Bütün yaralılar yerli xəstəxanalara çatdırılıb.
Hadisə həftənin şənbə gününə keçən gecə başlayan qəfil güclü külək səbəbindən baş verib. Təbiət hadisəsi festival məkanını tamamilə uçurub. Olay zamanı festivalda 700 nəfər iştirak edib. İki nəfər çadırın dirəyinin və mebel əşyalarının zərbələrindən sonra vəfat edib.
Polis artıq ölənlərin şəxsiyyətini müəyyənləşdirə bilib. Onlar 28 yaşlı yerli kişi sakin və Rumıniyadan olan 19 yaşlı tələbə qızdır.