Rusiyanın Sibir regionunda balıq ovundan qayıdan sakin Vladimir Zaxarenko dəhşətli mənzərə ilə qarşılaşıb.
Unikal.org xəbər verir ki, ova gedərkən maşının qapısını açıq saxlaması ona baha başa gəlib. Bir neçə saatdan sonra ovdan qayıdan sürücü və dostları on minlərlə ağcaqanadın maşına doluşduğunun şahidi olublar.
Onun bu ağcaqanadlardam sonda necə yaxa qurtardığı barədə məlumat verilmir.
Qərb ekspertləri, ağcaqanadların malyariya daşıyıcısı kimi təhlükəli olduğunu xəbər verir. 2015-ci ildə bu xəstəlikdən 429 min insan dünyasını dəyişib.