Hindistanın Assam, Bihar və Qərbi Benqaliya ştatlarında 360-dan çox insan daşqınların qurbanı olub.
Unikal.org-un Report-a istinadən məlumatına görə, bu regionlarda çaylar və göllər son həftələr ərzində fasiləsiz yağan musson leysanları səbəbindən daşıb.
Ən acınacaqlı vəziyyət təbii hadisənin 153 nəfərin həyatına son qoyduğu Bihar ştatındadır. Burada xilasetmə əməliyyatlarına yardım etmək üçün güc strukturlarının əlavə 28 bölməsi, həmçinin 350 min insana xidmət edən 1765 səyyar mətbəx yaradılıb.
Vəziyyətin ağırlılığına görə ikinci yerdə Assam ştatı dayanır. Burada 144 nəfər təbii hadisənin qurbanı olub.
Qərbi Benqaliyada isə 52 nəfər daşqınların qurbanı olub. Təbii hadisədən zərər çəkmiş Uttar-Pradeş ştatında daşqınlar 14 nəfərin həyatına son qoyub.