Bəzən sağlamlığımızda baş verən problemlərin səbəbini tapa bilmirik. Davamlı pəhrizlərə rəğmən, gün ərzində vücudu müşaiyət edən narahatçılığın səbəbini çözməkdə çətinlik çəkirik. Əgər davamlı müayinələr də nəticə vermirsə, demək ki, səbəb allergiyadır. Özu də kifə qarşı allergiya...
Unikal.org bildirir ki, çox vaxt insanlar məlumatsızlıq ucbatından xəstəliyin dərinləşdiyinin fərqinə varmırlar. Mühiti, yaxud məkanı dəyişəndə isə allergiyanın səngidiyinin şahidi olurlar.
Kifə qarşı allergiyanın əlamətləri:
asqırmaq
öskürək
burunda tutqunluq
göz yaşarması
quruyan dəri
Kif çox olan ərazilərdə xəstəliyin əlamətləri arta bilər. Əgər özünüzdə bu halların bir neçəsini hiss edirsinizsə, mütləq həkimə müraciət edin.
Kifə qarşı allergiyadan əlavə astmadan əziyyət çəkən xəstələr xüsusilə diqqətli davranmalıdırlar.
Bu tip alergiyanın əsasən 2 səbəbi olur:
- İrsən keçən
-Yaşayış yerinin kifayət qədər rütubətli və tozlu olması
Kifə qarşı allergiyanın qarşısını almağın yolları:
Havada rütubətin dərəcəsi normadan artıq olanda, yatarkən pəncərələri bağlayın. Belə hava şəraitində evdən çıxmamağınız tövsiyə olunur.
Toz və kif çox olan məkanlarda maskadan istifadə edin.
Evinizin ən çox rütubət çəkən otaqlarını səliqəyə salın. Evi tez-tez havalandıraraq, təmizliyə riayət edin.
Xüsusi aerozollu filrtlə təchiz olunmuş kondisionerdən istifadə edin.
Köhnə qəzet və jurnalları atın.
Hamamda xalçadan istifadə etməyin.
Bu üsullarla özünüzü və doğmalarınızı kifə qarşı allergiya kimi təhlükəli xəstəlikdən qoruya bilərsiniz.
Sağlam olun!(publika.az)