Qarpız tumları çox qiymətli məhsuldur. Qarpız tumu riboflavin, fosfor, kalsium, sink, B qrupu vitaminləri ilə zəngindir. Faydalı elementlərlə bol olan qarpız tutmu bir çox xəstəliklərin müalcəsinə effektli təsir göstərir. Odur ki, giləmeyvənin tumlarını saxlamağa dəyər.
Unikal.org qarpız tumundan hazırlanan cövhərlə tanış edir.
İnqrediyentlər:
5 çay qaşığı kal qarpız tumları
1 litr soyuq su
Hazırlanması:
1. Tumları həvəngdə əzib toz halına gətirin, sonra onu soyuq suya əlavə edib qaynamasını gözləyin.
2. 45 dəqiqə ərzində qaynadın.
3. Suyu süzüb gündə 1 stəkan bu həlimdən için.
Qarpız tumunun suyu gözəl sidikqovucu vasitədir, onu adatən sürətli arıqlamaq məqsədilə istifadə edirlər. Bu içki prostat vəzi profilaktikası və müalicəsi üçün də faydalıdır. Belə qarpız çayı hipertoniya zamanı müsbət təsir göstərir.
Bağırsaq qurdlarına qarşı qarpız tumu
İnqrediyentlər:
Qarpız toxumu
Yağsız süd
Hazırlanması:
1. Tumları sobada qurudub toz halına gətirin.
2. Yağsız südə qarpız tumunun tozunu əlavə edin.
3. Bu cövhəri gündə 2 stəkan qəbul etmək lazımdır. Müalicə kursu üçün 3 gün profilaktika kifayət edir.(publika.az)