Bayram tətilində fürsətdən istifadə edən insanlar bazarlara üz tutub.
Unikal.org bildirir ki, bazarlarda ən çox satılan məhsullar arasında üzüm xüsusi yer tutur.
Bazarlarda hazırda satılan üzümlərin demək olar ki, hamısı yerli məhsuldur. Mövsümü olduğu üçün satıcılar xaricdən üzüm gətirməyə elə də üstünlük vermirlər.Satıcıların sözlərinə görə, yerli üzümlər öz yüksək keyfiyyətibə görə, seçilir. Üstəlik xaricdən gətirilənlərlə müqayisədə qiyməti də münasibdir.Satıcılar deyirlər ki, xarici üzümlər əsasən qış aylarında ölkəyə gətirilir.
Alıcılar da yerli üzümün xaricdən gətirilənlərlə müqaisədə daha keyfiyyətli olduğunu deyirlər.Satıcılara görə, ötən illərlə müqaisədə bu il yerli üzümün bol olması xarici üzümün az gətirilməsinə səbəb olacaq.