BMT Baş katibi Antoniu Quterreş Myanmada etnik təmizləmənin getdiyini istisna etməyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, BMT-də keçirilən mətbuat konfransı zamanı bildirib.
"Myanmarda humanitar vəziyyət fəlakət həddindədir, A.Quterreş vurğulayıb. O, qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.
Qeyd edək ki, avqustun sonunda "Arakan Rohinca Qurtuluş Ordusu qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa məcbur olub.