Ukraynanın şərqində sülhməramlı qüvvələr geniş mandata malik olmalı, o cümlədən onlar Rusiya-Ukrayna sərhədində yerləşdirilməlidirlər.

Unikal.org  xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

Vaşinqton bu addımı Ukrayna vətəndaşlarının qorunması üçün potensial tədbir kimi qiymətləndirib. Sülhməramlıların yalnız təmas xəttində deyil, bütün Rusiya-Ukrayna sərhədi boyunca yerləşdirilməsi məqsədə uyğun hesab edilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsi qərarını dəstəklədiyini bildirmişdi.