Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun vəkili həbs olunub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil Cəlal Çəlik İstanbul Baş Prokurorluğunun FETÖ terror təşkilatı ilə bağlı başladığı cinayət işində şübhəli şəxs kimi saxlanılıb.