Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyaya səfəri və bu ölkənin yüksək vəzifəli şəxsləri ilə apardığı danışıqlar barədə Putinə məlumat verib.
İclasda, həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib.