Pakistanın Karaçi şəhərində birlikdə qaçaraq evlənməyə hazırlaşan gənc qız və oğlan öldürülüb.

Unikal.org-un xəbərinə görə, bu barədə The Independent nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə ilə bağlı hər iki ailənin üzvlərindən saxlanılanlar var. Qeyd edilir ki, gənclərin qohumları əvvəlcə 15 yaşlı Bakxt Canı, bir gün sonra isə onun 17 yaşlı sevgilisi Rəhmanı qətlə yetiriblər. Hər iki gənc tokla edam edilib.

Polisdən bildirilib ki, cinayətdə cütlüyün ataları, əmiləri, dayıları, həmçinin yerli Qəbilə Şurasının 30 nümayəndəsinin birbaşa əli var.

Nəşrin məlumatına əsasən, gənclərin valideynləri əvvəlcə toya razılıq veriblər, lakin sonradan məsələyə Ağsaqqallar Şurası qarışıb. Şura nümayəndələri valideynləri övaladlarını qətlə yetirməyəcəyi təqdirdə böyük problemlərlə hədələyiblər.

Qeyd edək ki, "namus üstündə qətllərin sayı Pakistanda ildən-ilə artır. Əgər 2013-cü ildə 869 nəfər ənənələrin qurbanı olmuşdusa, 2015-ci ildə bu qurbanların sayı artıq 1184 nəfərə çatıb. Hər dəfə də səbəb eynidir.