Yer kürəsində ən təhlükəli virus hepatit virusu hesab olunub.
Unikal.org-un məlumatına görə, bu virus HİV, malyariya və vərəm viruslarından daha çox ölümə səbəb olur.
Qeyd olunur ki, hər il 1,3 milyon adam hepatitin qurbanı olur.
Tuberkulyozdan ildə 1,2 milyon, HİV-dən 1 milyondan çox, malyariyadan isə 719 min adam həlak olur.
Hepatiti təhlükəli edən məsələ bu virusdan ölüm hallarının azalması yox, əksinə artmasıdır.
Son illər ərzində hepatitdən ölüm halları 22 faiz artıb.