Heydər Əliyev Fondunun təşəbbüsü ilə "İradənlə tarix yaz, "Marafonda bizimlə ol şüarları altında "Gəncə Marafonu-2017 tədbiri keçirilib. Artıq yarışın qalibləri də müəyyənləşib.
Unikal.org xəbər verir ki, birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.
Qadınlar arasında birincilik Ukrayna vətəndaşı Volentina Poltavıskaya nəsib olub. Qaçışı ikinci yerdə azərbaycanlı Anna Yusupova, üçüncü yerə isə Böyük Britaniya vətəndaşı Nataşa Petersen tamamlayıb.