"Bizə ordunu, polisi, təhlükəsizlik sistemini və dövlətin digər qurumlarını ərzaq, geyim və digər zəruri mallarla təmin edə biləcək, 100 faiz məşğulluğu olan, sosial cəhətdən tam təmin olunmuş əhali lazımdır.
Unikal.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə tert.am-a "Ermənistanın sərhədyanı zonalarının və Qarabağın azad edilmiş ərazilərini (işğal altında olan ərazilər-red) zəmanətli təhlükəsizlik zonalarına çevirmək konsepsiyasının müəllifi, hərbçi Hrayr Melkonyan deyib.Melkonyanın fikrincə, müəllifi olduğu konsepsiyanıErmənistanın Müdafiə Nazirliyinə təqdim edib.
Erməni hərbçi Azərbaycan-Ermənistan sərhəd xətti boyunca bütün əhalinin təcili silahlandırılmasını bildirməklə yanaşı, sərhəd bölgələrində insanların nəinki bölgəni, hətta ölkəni tərk ediyini etiraf edib: "İnsan özü gərək müdafiə sisteminin bir elementi olsun. Heç bir ərazi məskunlaşdırılmadığı halda yaxşı müdafiə oluna bilməz. Təcili yaşayış olmayan ərazilər məskunlaşdırılmalı, yiyəsiz ərazi qalmamalıdır. Ölkəni, xüsusən də sərhədyanı zonaları tərketmə halları çoxalıb. Elə kənd var ki, 5-10 ev qalıb. 1990-cı illərdən nəzərə çarpan ölkəni tərketmə artıq real fakta çevrilib. İnsanların ölkəni, evlərini tərk etməməsi üçün sərhədyanı zonalar cəlbedici olmalıdır. Əvvəllər belə problem yox idi. Çünki kəndlərdə məktəb, klub, bağça vardı, işsizlik yox səviyyəsində idi. Kənd yerlərində problem kompleks həll olunmalıdır. Çünki insanların kreditlərdən faydalanmasına baxmayaraq, kiçik bir çatışmazlıq olan kimi şəhərə qaçırlar."
Melkonyan sərhədyanı zonaların müdafiə olunması üçün əhalinin silahlandırılmasını vacib hesab edir və ərzaq məhsullarının bölgə əhalisi tərəfindən təmin edilməsini vurğulayıb.
"Ölkəni dağıdan tender məsələsi bu ərazilərdən çıxarılmalıdır. Maliyyə ayırıb, nəzarət mexanizmini yaradaraq, tərəvəz, kartof əkdirməklə, zamanı gələndə isə vasitəçi olmadan onu birbaşa kəndlidən almaq lazımdır. Nə qədər deyilsə də, hamı bilir ki, tenderlərin heç biri şəffaf deyil. Bütün qurumların geyim dəstini xaricdən deyil, yerli müəssisələrdə istehsal etmək olar. Təhlükəsizlik məsələsində isə əgər mən həmin kəndin sakiniyəmsə, nə üçün öz təhlükəsizliyimə görə, yalnız orduya ümid etməliyəm."- deyə erməni hərbçi bildirib.