Rumıniyada baş verən fırtına nəticəsində 8 nəfər ölüb, 62 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Unikal.org-un "RT-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət ölkənin qərb bölgəsində ciddi fəsadlar törədib.
Məlumata görə, güclü külək ağacları evlərin, maşınların üstünə aşırıb. Xəsarət alanlar arasında 2 uşağın olduğu bildirilir. 
Xəstəxanaya yerləşdirilən uşaqların vəziyyəti ağır kimi qiymətləndirilir.