Rusiyanın paytaxtı Moskvada polisə müxtəlif ünvalara bomba qoyulması ilə bağlı 57 anonim zəng daxil olub.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu məlumatlar əhalini təşvişə salıb. 11 ünvanda aparılan axtarışlar nəticəsində 21 min insan təxliyyə edilib.

Araşdırmalar zamanı qeyd olunan yerlərdə hər hansı partlayıcı maddə tapılmayıb.

Qeyd edilib ki, sonra günlər daha çox metro stansiyalarına və ticarət mərkəzlərinə bomba qoyulması haqda hüquq-mühafizə orqanlarına müraciətlər daxil olur.