Atlantik okeanında "Mariya" qasırğasının təhlükəlilik kateqoriyası beş ballıq şkala ilə ikinci bəndə çatıb. 

Unikal.org-un məlumatına görə, bu barədə xəbəri ABŞ-ın qasırğalarla bağlı xəbərdarlıq Milli Mərkəzi yayıb.

Meteoroloji xidmətin məlumatına görə, qasırğa şimal-qərb istiqamətinə saatda 19 km sürətlə irəliləyir.

Məlumata görə, qasırğanın maksimal gücü saatda 177 kilometrə çatıb.