Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, "10 TG 034 nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.
İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.
Faktla bağlı araşdırma aparılır.