Moskvada Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.
Unikal.org-un xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Hadisə bu gün Moskvanın cənubunda baş verib. "Azərbaycan vətəndaşı yaxın məsafədən açılan atəş nəticəsində ölüb. Qətlin əvvəlcədən planlaşdırıldığı güman edilir. Hazırda sifarişli qətl versiyası nəzərdən keçirilir, mənbə bildirib.
Moskva üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsindən faktı təsdiqləsələr də, hadisənin detallarını açıqlamayıblar.