İspaniya Şimali Koreya səfirini "persona non-qrata elan edib.
Unikal.org-un xəbərinə görə, bu barədə İspaniya XİN-in yaydığı açıqlamada bildirilir. İspaniya hökuməti səfiri beş gün ərzində ölkəni tərk etmək etməyi tələb edib. XİN-in bəyanatında bildirilir ki, qərara rəsmi Pxenyanın yürütdüyü siyasət səbəb olub. Ötən gün Küveyt Şimali Koreya səfirindən ölkəni tərk etməsini tələb edib.
Sentyabrın 15-də Şimali Koreya növbəti raket sınağı keçirib. Sentyabrın 13-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.