Türkiyənin Niğde bölgəsində Ali Polis Məktəbində helikopterin qəzaya uğraması nəticəsində bir polis əməkdaşı ölüb, biri ağır yaralanıb.
Unikal.org xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyaya əsasən, məktəbdə təlim zamanı helikopterin pəri 2 polisə çırpılaraq, onları ağır yaralayıb. Polislərdən biri, 27 yaşlı Abdullah Yıldırım hadisə yerində ölüb, digər yaralı 25 yaşlı Azim Doğan isə ağır vəziyyədə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.