Türkiyədə bədbəxt hadisə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdən tapdığı cinsi gücü artıran dərmanı içən 2 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
Belə ki, hadisə Türkiyənin Kırklareli bölgəsində baş verib. Hazırda körpənin vəziyyətinin ağır olduğu bildirilir və həyati təhlükəsi davam edir.
Qeyd edək ki, qəflətən halı pisləşən azyaşlı valideynləri tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun içdiyi dərmandan zəhərləndiyi məlum olub.