Türk Şurasının baş katibi Ramil Həsənov Qazaxıstan xarici işlər nazirliyinin medalına layiq görülüb.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, Türk Şurasının fəaliyyətindəki uğurlarına görə, Şuranın baş katibi Ramil Həsənov, Qazaxıstan xarici işlər nazirliyinin medalı ilə təltif edilib.
Ramil Həsənova medalı Türk Şurası xarici işlər nazirləri şurasının Nyu-Yorkda keçirilən qeyri-rəsmi 7-ci toplantısında Qazaxıstanın xarici işlər naziri Kayrat Abduraxmanov təqdim edib. Baş katib Ramil Həsənov medalla təltif olunmasına görə, dərin məmnuniyyət duyduğunu bildirib.
Qeyd edək ki, mərkəzi qərargahı İstanbulda olan və Türk dilli ölkələr arasında iqtisadi-mədəni əlaqələrin gücləndirilməsinə xidmət edən Türk Şurası 2010-cu ilin sentyabrında yaradılıb.