Türkiyənin Antalya şəhərində evinin qapısını bağlayıb mətbəxdə qazı açan kişinin öldürməklə təhdid etdiyi həyat yoldaşı və iki uşağı polis tərəfindən xilas edilib.
Unikal.org eurasiadiary.com-a istinadən xəbər verir ki, Muradpaşa mahalı, Kızılarık məhəlləsindəki mənzilin 4-cü mərtəbəsində yaşayan Mehmet K. qısqanclıq səbəbindən həyat yoldaşı ilə mübahisə edib. Əsəbləşən kişi mətbəxdə qazı açaraq həyat yoldaşı Mine K. ilə 2 aylıq və 3 yaşın olan iki övladını öldürməklə təhdid edib.
Qadın özünü itirməyərək, vərəqə "Həyat yoldaşım qazı açdı, hamımızı öldürəcək, bizi xilas edib. Mətbəxdə qaz açıqdır, hər yer qaz iyi verir, xilasedicilər gizli girsinlər, evin qapısı bağlıdır. Həyat yoldaşım "gələn olsa, sizi yandıracam" deyir" sözlərini yazıb və həyətə atıb.
Binaya xidmət göstərən işçilər qadının atdığı məktubu oxuyunca, hadisə barədə polis veriblər. Əraziyə polis, yanğınsöndürənlər və təcili yardım gəlib.
Mehmet K. ilə aparılan danışıqlar nəticə vermədiyi üçün polis və xilasetmə qrupları balkona uzatdıqları nərdivanla yuxarıya qalxıb qadın və iki körpəsini xilas ediblər. Qapını qırıb evə girən xilasedicilər mətbəxə qapılıb sinir krizi keçirən Mehmeti zərərsiz vəziyyətə gətiriblər.
Daha sonra ailənin bütün üzvləri xəstəxanaya aparılıb. Müalicənin ardından Mehmet K. polisə təhvil veriləcək.