Türkiyə Böyük Millət Məclisi keçirdiyi növbədənkənar iclasda hökumətin İraq və Suriyada Türkiyə hərbiçilərinin hərbi əməliyyatlar keçirilməsi mandatını bir il müddətinə uzadıb.
Unikal.org-un məlumatına görə, qeyd olunan mandat hökumətə 2012-ci ilin oktyabrın 4-də Türkiyənin Suriya ilə sərhəd bölgələrində yaşayan sakinlərini hücum və raket zərbələrindən müdafiə etmək məqsədilə verilib.