Ötən gün Türkiyə sahillərində batan qayıqda ölənlərin sayı 22 nəfərə çatıb.

Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, itkin düşmüş 4 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, qayıqda Suriyalı immiqrantlar olub. Batan qayıqdan 40 nəfər xilas edilib.