Bizi qoruyan və satmayan birinə ehtiyacımız var. Bizi sığorta şirkətlərinin mərhəmətinə buraxmayın.

Unikal.org xəbər verir ki, bu sözləri ABŞ-da xərçəng xəstəliyindən əziyyət çəkən Laura Pakard adlı qadın öz Tvitter hesabından ölkə Prezidenti Donald Trampa ünvanlayıb.

"Hazırda bunları sizə deyə bilmirəm, çünki məni əngəlləmisiniz. Ümid edirəm ki, dediklərim sizə hər hansı bir formada çatacaq. Bilirəm ki, yaxşı görünmürəm, çünki indi kimya terapiyadayam. Qorxunc xəstəliklər və ya yol qəzaları kimi yüzlərlə qəza ilə milyonlarla amerikalı var. Sizin köməyinizə ehtiyacımız var, - deyə o bildirib.