Türkiyədə iyrənc hadisə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz edib.
Hadisə ötən gün axşam 20:00 radələrində baş verib. Avtobusda 42 yaşlı İ.K azyaşlı qıza təcavüz etmək istədi. Olayın şokundan qışqırmağa başlayan 15 yaşlı yenitetməyə ilk olaraq avtobus şoferi kömək edib. Belə ki, avtobusu kənara çəkən şofer, təcavüz etmək istəyən kişini avtobusdan endirib. Sərnişinlər isə hadisəyə səsiz qala bilməyib. Avtobusdan enən sərnişinlər İ.K döyməyə başlyıblar. Daha sonra hadiə yerinə polislər gəlib. Çətinliklə də olsa təcavüzçünü sərnişinlərin əlindən alıb bölməyə aparıblar.
Sorğu zamanı isə "Yanlışlıqla 15 yaşlı qıza 2 dəfə əlim dəydi. Pis bir niyyətim yox idi. Səhv başa düşüldüm" deyə açıqlama verib.