Tanzaniyada sərnişinləri daşıyan avtobus yol qəzasına uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yol qəzası ötən gün axşam Ruvuma vilayətində qeydə alınıb. 44 nəfəri aparan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə azı 2 nəfər ölüb, daha 42 nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçıb.

İlkin fərziyyəyə görə, qəza ehtiyatsızlıq səbəbindən baş verib.