İstanbulun Bakırköy rayonunda "Ataköy" metrostansiyasında yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

 Yanğının nədən baş verdiyi bilinmir. Hadisə zamanı xəsarət alan və ya ölənlərlə bağlı hələlik məlumat yoxdur.
 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.