"Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər".
Unikal.org report-a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə Ermənistan parlamentinin sədri Ara Babloyan ilə görüşdə deyib.
Dağlıq Qarabağ münaqişəsi məsələsinə münasibət bildirən Gürcüstanın dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə görə narahat olduğunu bildirib: "Bir şey aydındır: bizim kimi kiçik xalqlar üçün belə münaqişələr fəlakətlə nəticələnir. Regionda sülh üçün dua edirik".