Sentyabrın 27-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyindən unikal.org-a verilən xəbərə görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2017 birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.