Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.

Unikal.org xəbər verir ki, görüşdə Mərkəzçi Demokrat İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanda son vaxtlar həyata keçirilən islahatlar, atılan addımlar, ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində aparılan işlər ətrafında fikir mübadiləsi aparılıb.

11:54

Azərbaycan prezidenti İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.