Türkiyə parlamentinin üzvü, Xalqların Demokratik Partiyasının (HDP) Siit bölgəsindən seçilən deputatı Besimə Koncanın mandatı ləğv edilib.

Unikal.org azvision-a istinadən xəbər verir ki, kürd deputat məhkəmə tərəfindən sübuta yetirilmiş cinayət əməlinə görə parlamentdən kənarlaşdırılıb.

PKK terror təşkilatının təbliğatı ilə məşğul olduğu üçün onun barəsində 2,5 il həbs qətimkan tədbiri seçilib.

Bununla Türkiyə parlamentində HDP-ni təmsil edən deputatların sayı 54-ə düşüb.