Türkiyədə dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurumda küçədə Muhammet Barho adlı şəxs 19 yaşlı E.T adlı qıza qarşı təcavüz etmək istəyib.

Gənc qız həmin an qışqıraraq ətrafdakılardan kömək istəyib. Hadisə yerinə vaxtında gələn polis əməkdaşları 23 yaşlı Barhonu həbs ediblər.

Polis bölməsinə gətirilən Muhammet Barho günahı boyununu alıb və çox utandığını qeyd edib. Məlum olub ki, 23 yaşlı Muhammet Bahro Suriya vətəndaşıdır.