Tatarıstanda şizofreniyadan əziyyət çəkən şəxs tanışını öldürdükdən sonra onun bədəninin bir hissəsini yeyib.
Unikal.org xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 5-də Aksubayev rayonunun Yeni İlderyakovo kəndində 53 yaşlı kişi meyiti tapılıb: "Meyitin boyun və qarın nahiyələrində kəsilmiş yara izləri müəyyən edilib. Şizofreniyadan əziyyət çəkən 40 yaşlı yerli sakin cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb. O, cinayəti törətdiyinin etiraf edib.
Qeyd edək ki, saxlanılan şəxs polisə hadisə haqda özü məlumat verib.(Report)