Rusiyanın Vladimirski vilayətində dəmir yolu keçidi üzərində qatarın avtobus toqquşub.

Unikal.org Rusiya FHN-ninə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 17-yə,yaralıların sayı isə 11 nəfərə çatıb.

Qeyd edək ki, qəza Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir.

Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib.